Fədakarlıq davam edir…
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu tərəfindən yayımlandı

Fədakarlıq davam edir…

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu Qanköçürmə Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, Hüseyn (ə) əzadarları gözəl adətlərdən biri sayılan “qanvermə aksiyası”na cəlb etmək məqsədilə “Fədakarlıq davam edir...” adlı fəaliyyətə start verir.

makarem news

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ
وَ اللَّهِ لَا يَسْكُنُ دَمِي حَتَّى يَبْعَثَ اللَّهُ الْمَهْدِيَّ
Bağışlayan və mehriban Allahın adı ilə
“Allaha and olsun mənim qanım dayanmayacaq, nə qədər ki, Allah-taala həzrət Məhdini (ə) üzə çıxarmayıb”. (“Mənaqib Ali Əbi Talib (ə)”, İbn Şərh Aşub, c. 4, səh. 85.)
Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu Qanköçürmə Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, Hüseyn (ə) əzadarları gözəl adətlərdən biri sayılan “qanvermə aksiyası”na cəlb etmək məqsədilə “Fədakarlıq davam edir...” adlı fəaliyyətə start verir.
Bir halda ki, İmam Hüseynin (ə) fədakar qanı ilə bəşəriyyəti xilas etdiyinə və insanların pak fitrətinin diri qalmasından ötrü hidayət çırağı olduğuna inanırıq, biz də öz qanımızı hədiyyə etməklə insan canlarına həyat bağışlaya bilərik. Bu fəaliyyətdə dünyanın hər yerində yaşayan həzrət Seyyiduş-şühəda (ə) aşiqlərini, sevərlərini bu aksiyada iştirak etməyə, qanvermə aksiyasına qoşulmaqla həzrətin (ə) başqa bir cilvəsini canlandırmağa dəvət edirik.
Biz möhtac kəslərin qan ehtiyacını təmin etməklə, həzrət Seyyiduş-şühədanın (ə) aşiqləri arasında onun eşqindən cuşə gələn gözəl cilvələr canlandırmaq və alınan təsvirləri saytlarda, dünya mediyalarında paylaşmaqla, bütün aləmə “Fədakarlıq davam edir...” və “həzrət Məhdinin (əc.f) zühurunadək dünya əhalisi İmam Hüseynin (ə) fədakarlıq hərəkatının davamlılığına şahid olacaq” – mesajını vermək qəsdindəyik.
Diqqətinizə çatdıraq ki, bu lahiyənin səmərələrindən biri axtarış sistemlərində qarşıya çıxan həzrət Əba Abdullahın (ə) əzadarlığına aid xoşagəlməz təsvirləri dəyişib şiənin həqiqi simasını aləmə tanıtdırmaqdır – Allahın izni ilə.
Qeyd edilməlidir ki, Allahın istəyi və iradəsi ilə bu aksiya müxtəlif münasibətlərdə ayrı-ayrı xeyriyyə işləri fonunda davam edəcək. Qanvermə zamanı çəkilən şəkillərinizi aşağıdakı yolla bizə göndərin:
Messenger: 09120523530
Saytı adresi: http://www.pooyesh.makarem.ir
“Fədakarlıq davam edir...”
“Qan nəzri”

 


Nəşr tarixi: « 2017/9/30 »

Əlaqəli materiallar

Ayətullah əl-uzma Məkarim Şirazinin Şiə Araşdırmaları Elmi Dərnəyinə mesajı (min illik şiə mədrəsəsi, Alman – Berlin)

Fədakarlıq davam edir…

İslam dünyasının Myanmar cinayətlərinə etinasız qalması ilə bağlı Ayətullah Məkarim Şirazinin kəskin tənqidi

Ayətullah Məkarim Şirazinin müqəddəs Mədinə və Məkkə şəhərlərində ofisinin açılışı

Ayətullah əl-uzma Məkarim Şirazinin nəzərində “hicab” və “iffət” anlayışı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 298