Fitrə zəkatının və mübarək Ramazan ayının oruc kəffarəsinin miqdarı
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Fitrə zəkatının və mübarək Ramazan ayının oruc kəffarəsinin miqdarı


Ayətullah Məkarim Şirazinin elan edilən nəzərinə əsasən, builki Ramazan ayının fitrə zəkatının dəyəri elan edildi.

makarem news

Ayətullah Məkarim Şirazi tərəfindən fitrə zəkatının miqdarı müəyyən edildi və ölkə üzrə bütün ofislərə bildirildi.
Ayətullah Məkarim Şirazinin elan edilən nəzərinə əsasən, builki Ramazan ayının fitrə zəkatının dəyəri (İ.İ.R-də) hər nəfərə orta hesabla əsas qidası buğda olanlar üçün 60000 riyal (Azərbaycan üçün təxminən üç kq keyfiyyətli buğdanın qiyməti), əsas qidası xarici düyü olanlar üçün 150000 riyal (Azərbaycan üçün təxminən 3 kq düyünün qiyməti), əsas qidası İran düyüsü olanlar üçün 300 000 riyal (Azərbaycan üçün 3 kq keyfiyyətli düyünün qiyməti) elan edildi.
Qəsdən pozulmayan (üzrlü) orucun kəffarə dəyəri iki min tüməndir (20000 riyal = təxminən 1 azn) və həmin məbləğ çörəklə ödənilməlidir. Həmçinin, qəsdən pozulan orucun kəffarəsi 1200000 riyaldır (təxminən 60 azn).

Qeyd etmək lazımdır ki, Ayətullah Məkarim Şirazinin şəriət hökmləri risaləsinin 1692-ci məsələsinə əsasən, Fitr bayramının axşamı qürubdan qabaq – günəş batmazdan öncə həddi-büluğ, aqil və zəngin olan kəslərə fitrə zəkatı vacibdir. Yəni, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün bir “sa” (təxminən üç kiloqram) miqdarında buğda, arpa, xurma, düyü, qarğıdalı və bu kimi qida növləri də daxil olmaqla, həmin məntəqə sakinlərinin istifadə etdikləri normal qida növündən “müstəhəqqə” – yoxsula verməlidir. Adı sadalanan qida növlərinin əvəzinə pulunu da versə, kifayətdir.
Yeri gəlmişkən, Ayətullah Məkarim Şirazinin fətvasına əsasən, əgər kimsə yalnız Fitr bayramı gecəsinin iftarında başqasına qonaq olarsa, fitrə ev sahibinin deyil, həmin şəxsin öz boynunadır.
Yayım tarixi: 21.06.2017

 


Nəşr tarixi: « 2017/6/23 »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib

Ayətullah əl-uzma Məkarim Şirazinin Şiə Araşdırmaları Elmi Dərnəyinə mesajı (min illik şiə mədrəsəsi, Alman – Berlin)

Fədakarlıq davam edir…

İslam dünyasının Myanmar cinayətlərinə etinasız qalması ilə bağlı Ayətullah Məkarim Şirazinin kəskin tənqidi

Ayətullah Məkarim Şirazinin müqəddəs Mədinə və Məkkə şəhərlərində ofisinin açılışı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 755