Ayətullah Məkarim Şirazi Almaniya İslam Elmləri Akademiyasının fəaliyyətlərini təqdir etdi
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Almaniya İslam Elmləri Akademiyasının direktoru və bir qrup tələbəsi ilə görüş

Ayətullah Məkarim Şirazi Almaniya İslam Elmləri Akademiyasının fəaliyyətlərini təqdir etdi

Sevindirici haldır ki, Almaniyada, yəni Avropanın mərkəzində belə layihələr həyata keçirilir və bir qrup qardaş-bacılar dini elmləri öyrənməklə məşğuldur.

makarem news

Ayətullah Məkarim Şirazi Almaniya İslam Elmləri Akademiyasının fəaliyyətlərini təqdir etdi
Sevindirici haldır ki, Almaniyada, yəni Avropanın mərkəzində belə layihələr həyata keçirilir və bir qrup qardaş-bacılar dini elmləri öyrənməklə məşğuldur. Bu kimi layihələrin vüsət tapacağına ümidvarıq.
Ayətullah Məkarim Şirazi Almaniya İslam Elmləri Akademiyasının riyasət heyəti və bir qrup tələbəsi ilə görüşündə Qərbdə İslamın doğuşundan məmnunluq hissi keçirdiyini dilə gətirməklə yanaşı bunları da bildirdi: Sevindirici haldır ki, Almaniyada, yəni Avropanın mərkəzində belə layihələr həyata keçirilir və bir qrup qardaş və bacılar dini elmləri öyrənməklə məşğuldur. Bu kimi layihələrin vüsət tapacağına ümidvarıq.
O, söhbətinin davamında İmam Məhdinin (əc) doğum (viladəti) gününə işarə edərək buyurdu: Bəziləri elə güman edirdi, İmam (ə) zühur etdikdən sonra insanları keçmişə götürəcək və həzrət kafirlərin savaşına əldə qılınc və at belində gedəcək, yəni bütün müasir silahlar funksiyasını itirəcək. Halbuki hədislərə əsasən, İmam Məhdi (ə) zühur etdiyi zaman həmin dövrdə bəşərin elm və biliyi nəzərə çarpacaq həddə artacaq.
Məkarim Şirazi cənabları əlavə etdi: Bəzi hədislərdə deyilir ki, həmin dövrdə kağız üzrə danışıqlar ortadan götürüləcək. Şərq və qərbdə yaşayan insanların hamısı vasitəsiz bir-biriləri ilə əlaqə yaradacaq. Həmin dövrdə məhkəmə sistemi güclənəcək və insanların bütün əməlləri aşkar olacaq, təşkilata və sənəd papkası yaradılmasına ehtiyac olmayacaq.
Ayətullah Məkarim Şirazi bildirdi ki, bir hədisə görə elmin 27 hərfindən bəşərə yalnız ikisi məlumdur. Qalan 25 hərfi isə həzrətin (əc) gəlişi zamanı üzə çıxacaq. Belə ki, nəqliyyat vasitələri şiddətlə çoxalacaq və hər kəs böyük sürətlə dünyanın bir tərəfindən digərinə gedə biləcək. İmamın (ə) özü də elm və biliklərə rəvac verəcək.
Ayətullah Məkarim təkidlə bildirdi: Həzrətin zühurundan sonra insanlar bəşəri elm və biliklərin inkişafı sayəsində yüksək səviyyəli və asudə həyat yaşayacaq. Biz də həmin dövrü görəcəyimizə və həzrətə xidmət göstərəcəyimizə ümidvarıq.
O, sonda bunları da xatırlatdı: Almaniya ölkəsində sizlərin mühüm və əsaslı elmi-mədəni layihələriniz vardır və Qərbdə öz fəaliyyətlərinizi tam gücü ilə davam etdirirsiniz. İlk mərhələdə gənc şiələri qoruyun və ikinci mərhələdə öz layihələrinizə yeni-yeni insanlar cəlb edin.
Yayım tarixi: 12.05.2017


Nəşr tarixi: « 2017/5/12 »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib

Ayətullah əl-uzma Məkarim Şirazinin Şiə Araşdırmaları Elmi Dərnəyinə mesajı (min illik şiə mədrəsəsi, Alman – Berlin)

Fədakarlıq davam edir…

İslam dünyasının Myanmar cinayətlərinə etinasız qalması ilə bağlı Ayətullah Məkarim Şirazinin kəskin tənqidi

Ayətullah Məkarim Şirazinin müqəddəs Mədinə və Məkkə şəhərlərində ofisinin açılışı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 872