Amerika və Qərbin həqiqi siması üzə çıxmışdır
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Amerika və Qərbin həqiqi siması üzə çıxmışdır

Qərbin sivilizasiya və demokrasiya yalanına aldanmaq olmaz. Onlar nə vəfanın mahiyyətindən xəbərdardırlar, nə də əhdlərinə sadiq.

makarem news


Amerika və Qərbin həqiqi siması üzə çıxmışdır
Qərbin sivilizasiya və demokrasiya yalanına aldanmaq olmaz. Onlar nə vəfanın mahiyyətindən xəbərdardırlar, nə də əhdlərinə sadiq. Bəşər hüquqları ilə əlaqədar səsləndirdikləri şüarlarına da vəfalı deyillər. Təəssüflər olsun ki, Qərbə ümid bəsləyənlər hələ də vardır.
Ayətullah Məkarim Şirazi Qum şəhərinin Məscidul-Əzəmində keçirilən fiqhin ali mühazirələrinin başlanğıcında İslam adına görülən, lakin dinə zərbə vuran işləri tənqid atəşinə tutdu.
O, birbaşa qeyd etdi: Qəlbiqara kələkbaz vəhhabi və İŞİD-in dediklərinin, törətdikləri cinayətlərin əksinə olaraq, İslam mərhəmət dinidir, zorakılıq və ekstremizmdən uzaqdır.
Ayətullah Məkarim Şirazi bildirdi: Əlbəttə, bunlar hazırda rüsvay olmaqdadırlar. Allahın izni ilə dünya, xüsusilə İslam aləmi şərlərindən xilas olacaq.
O sözünün davamında qərblilərin əsl simalarını bəşər hüququ, demokrasiya, xalqın rəyinə ehtiram və bu qəbildən olan pərdələr altında gizlətdiklərini bəyan edərək buyurdu: Son illərdə bir çox pərdələr yırtılmış, onların əsl mahiyyətləri, simaları üzə çıxmışdır.
Ayətullah Məkarim Şirazi Amerikanın müxtəlif sahələrdə, xüsusilə də, terrorizmlə mübarizədə ikiüzlü rəftarlarını tənqid edərək, davamında buyurdu: Amerika İraqda gözdən pərdə asaraq İŞİD əleyhinə koalisiya təşkil etdi. Lakin hazırda iraqlılar Mosulu İŞİD-dən təmizləmək istəkdikləri bir vaxtda xəbər çatır ki, Amerika terrorist İŞİD-i öz himayəsi altında Suriyaya yollamaq istəyir.
O, Yəmənlə bağlı amerikalıların mövqeyini eyni dəyərləndirərək bildirdi: Yəməndə hansı cinayətlər baş vermir?! Buna baxmayaraq, qərblilər və amerikalılar Ərəbistana – puluna xatir – hansı dəstəklər göstərmirlər?!
Ayətullah Məkarim Şirazi Amerikanın prezident seçkilərindəki iki namizədin seçki təbliğatlarındakı son rüsvayçılıqlarına işarə edərək buyurdu: Bu iki nəfər bərbad keçmişləri ilə dünyanın ən böyük ölkələrindən birinin idarəçisi olmaq istəyir və dünyanın şefi olmaq iddiası da edirlər. Bu, Qərb demokratiyasının rüsvayçılığıdır.
Ayətullah Məkarim Şirazi bildirdi: Vaxt vardı öz ölkəmizdə bəziləri qərbli və amerikalılar kimi olmağı, amerikasayağı demokratiya arzu edirdilər. İndi isə pərdələr yırtılmış, həqiqətlər hər kəsə məlum olmuşdur.  
O bunlara da toxundu: Səudiyyə Ərəbistanı qatil olmalarına baxmayaraq, hədələyir ki, əgər adımız uşaq hüquqlarını pozanlar sırasında olsa, BMT-ni himayə etməyəcəyik. BMT katibi də onların sözünə qulaq asır.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Qərbin sivilizasiya və demokrasiya yalanına aldanmaq olmaz. Onlar nə vəfanın mahiyyətindən xəbərdardırlar, nə də əhdlərinə sadiq. Bəşər hüquqları ilə əlaqədar səsləndirdikləri şüarlarına da vəfalı deyillər. Təəssüflər olsun ki, Qərbə ümid bəsləyənlər hələ də vardır.
O, sonda xüsusi vurğuladı: Ayıq-sayıq olmalıyıq, öz yolumuzu getməliyik! Belə etsək, əmin olun ki, müvəffəq olacağıq!
Yayım tarixi: 19.10.2016

 


Nəşr tarixi: « 2016/10/21 »

Əlaqəli materiallar

Mən böyük Misir xalqının dərdinə şərik olmaqla yanaşı Allahdan bu acı hadisədə həyatını itirənlərin yaxınlarına səbir, xəsarət alanlarına isə şəfa diləyirəm.

Terrorizm probleminin həlli yolu

Ölkə xaricindən şəri ödəmələr etmək (xums, zəkat və sair dini vergilər) üçün ödəniş portalının tanıtdırılması

Ali-Xəlifəyə xəbərdarlıq; Sizi də Qəzzafi və İran şahı Pəhləvinin aqibəti gözləyir.

“Terrorizmin beşiyi” kitabı uzun araşdırmadan sonra 80-dan çox aşkar və inkarolunmaz sənəd və lazımi təhlillərlə nəşr olundu.

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 731